Həkimlər də işə imtahanla qəbul oluna bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda həkimlər də işə qəbul zamanı imtahan oluna bilər.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.media-ya danışıb.
O qeyd edib ki, artıq aidiyyəti qurumlar tərəfindən bu barədə layihə hazırlanıb: "Azərbaycan Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tapşırılıb. Aiddiyyəti orqanlar tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə göndərilib. Layihə ilə bağlı Mərkəzin rəy və təklifləri həmin orqanlara təqdim edilib".
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli qərarı ilə tibb mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya prosesi tibb işçilərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının müntəzəm yoxlanılması məqsədilə aparılır.
Qanunvericiliyə görə, sertifikasiyadan keçməyən həkimlər praktik tibb və əczaçılıqla məşğul ola bilməzlər. Belə hal aşkar edilərsə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbirləri həyata keçirilir. Sertifikasiya imtahanından keçid balını toplamamış şəxs 6 ay müddətində iş yeri saxlanılmaqla, peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət etməlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
XƏBƏR LENTİ
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı





