Ölkə

YAP-ın deputatlığa namizədləri növbəti iclasda təsdiqlənəcək

3 İyul 2024 12:26
Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısının təsdiqlənməsi məsələsinə yəqin ki, İdarə Heyətinin növbəti iclasında baxılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə deputat, YAP İdarə Heyətinin üzvü Musa Quliyev bildirib:

O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında növbədənkənar Parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub, partiyanın Mərkəzi və yerli qərargahları formalaşıb.

O vurğulayıb ki, iclasda həmçinin partiyanın növbədənkənar Parlament seçkilərində səlahiyyətli nümayəndələri müəyyənləşib. "Yəqin ki, partiyanın namizədlərinin irəli sürülməsi və namizədlərin siyahısının təsdiqlənməsi məsələsinə İdarə Heyətinin növbəti iclasında baxılacaq. Namizədlərin siyahısına gəlincə, bu barədə hələlik ilkin məlumat yoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.