Ölkə

COP29 prezidenti çağırış etdi

3 İyul 2024 12:19
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqlim dəyişmələri ilə mübarizə üzrə ümumi problemlərin səmərəli həllərinin axtarışında Azərbaycana və bütünlükdə dünyaya özəl sektorun yardımı lazımdır.

Milli.Az xəbər verir ki, bu barədə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər nazir Muxtar Babayev Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı" mövzusunda ekoloji, sosial və idarəetmə (ESG) sammitinin iştirakçılarına videomüraciətində deyib.

"Birgə işləməklə biz dövlət və özəl təşkilatların "ESG"nin tətbiqi üzrə üçün ideya, strategiya və qabaqcıl təcrübəni paylaşa biləcəyi əməkdaşlıq mühiti qurmaq səylərini dəstəkləyə bilirik. Düşünürəm ki, özəl şirkətlər mövcud iqlim problemlərinin həllinə görə məsuliyyət daşımalıdır", - M.Babayev deyib.

Nazir qeyd edib ki, hazırda maliyyə planları, büdcələr və hədəflərlə dəstəklənəcək etibarlı enerji keçidi yollarını seçmək çox vacibdir.

"Ümid edirik ki, şirkətlər COP29-da iştirak edə və kapitalı necə bölüşdürdüklərini nümayiş etdirərək investisiya qərarlarının iqlim dəyişikliyi hədəflərimizə uyğun olmasını təmin edə biləcəklər. Gəlin, həyat qabiliyyətli iqtisadi modellər yarada bilməyimiz üçün "yaşıl" kapital bazarlarından başlayaq", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.