Ölkə

Bakının iki rayonunda işıq olmayacaq

28 İyun 2024 16:49
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Milli.Az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda Ceyhun Hacıbəyli, Mirəli Qaşqay, Qulu Quliyev, Mirəsədulla Mirqasımov, Həsən Əliyev, Mövsüm Sənani, Mərdanovlar qardaşları, Nərimanov rayonunda isə Xan Şuşinski, Hənifə Ələsgərov küçələrində saat 16:30-dan saat 20:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Abonentlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə "Azərişıq" sözügedən ərazilərin işıqlandırılmasını təmin edən 35/6 Kv-luq 96 saylı yarımstansiyada əlavə gücləndirmə işləri həyata keçirir. Görülən işlər yekunlaşdırıldıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.