Ölkə

Mina qurbanlarının hüquqlarının bərpasına həsr edilmiş ilk hesabat təqdim edildi

28 İyun 2024 15:24
Baxış: 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hesabatda post-münaqişə şəraitində dəqiq mina xəritələrinin zərərçəkmiş tərəflərə təhfil verilməsinin vacibliyi vurğulanır.

Xəbər verildiyi kimi, dünən BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində "Minalarsız dünya naminə insan haqları sistemindən istifadə və mina qurbanlarının hüquqlarının bərpası" adlı tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə BMT İnsan Haqları Şurası yaranandan bəri minalar və insan hüquqları mövzusunda ilk dəfə hazırlanan "Minadan azad dünya naminə insan haqlarının gücləndirilməsi: qurbanların hüquqlarının bərpası, dayanıqlı inkişafa və sülhə dəstək" adlı siyasi hesabatın təqdimatı keçirildi.

Hesabatı hazırlayan "Universal Hüquqlar Qrupu" təşkilatının direktoru Mark Laymon tədbir zamanı çıxışında bu sənədin unikal xarakter daşımaqla bərabər, minalardan istifadənin yaşam, sağlamlıq, sərbəst hərəkət, təmiz ekoloji həyat, köçkünlərin evlərinə qayıtması kimi mühüm insan hüquqlarına təsirinin kompleks şəkildə təhlil etdiyini qeyd etdi. Sənəddə eləcə də BMT-nin insan haqları ilə bağlı mexanizmlərinin mina qurbanlarının hüquqlarının təmin edilməsi istiqamətində imkanları araşdırılıb.

İnsan haqları üzrə tanınmış ekspertlərin müəllifi olduğu sənəddə BMT İnsan Hüquqları Şurasının indiyədək problemə kifayət qədər diqqət göstərmədiyi qeyd olunaraq, mina əleyhinə fəaliyyətlərdə büynəlxalq əməkdaşlığın gücləndirilməsi, o cümlədən post-münaqişə şəraitində dəqiq mina xəritələrinin zərərçəkmiş tərəflərə təhfil verilməsinin vacibliyi , mina qurbanlarına zərərlərin ödənilməsi kimi mühüm məsələlər üzrə konkret təkliflər təqdim edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.