Ölkə

Polineziya partiyasının rəhbərliyi Azərbaycana təşəkkür etdi - FOTO

28 İyun 2024 14:10
Baxış: 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın dənizaşırı ərazisi olan Polineziyanın suverenliyi uğrunda mübarizə aparan "Tavini Huiraatira" partiyasının rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə partiyanın baş katibi Viktor Maamaatuaihutapunun Azərbaycanın rəsmi şəxsləri və təşkilatlarına ünvanladığı məktublarda vurğulanıb.

Təşəkkür məktubları Milli Məclisin rəhbərliyinə, Medianın İnkişafı Agentliyinə (MEDİA), Bakı Təşəbbüs Qrupuna (BİG), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO), eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Milli Onkologiya Mərkəzinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib.

Məktublarda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mayın 29-dan iyunun 2-dək "Tavini Huiraatira" siyasi partiyasının nümayəndələrinin Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.