Ölkə

Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

25 İyun 2024 14:11
Baxış: 3 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının qərarına əsasən, Vüsal Ələkbər oğlu Məmmədov publik hüquqi şəxsin icraçı direktoru vəzifəsinə təyinat alıb.

Vüsal Məmmədov bu təyinata qədər Naxçıvan MR Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

Həmçinin, Naxçıvan MR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, "Naxçıvansığorta" ASC-də İdarə heyətinin üzvü və digər vəzifələrdə çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.