Ölkə

ETSN: çaylarda suyun səviyyəsi izlənilir

22 İyun 2024 11:53
Baxış: 2 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çaylarda suyun səviyyəsi izlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, iyunun 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar İsmayıllı rayonu ərazisindən axan Göyçayda, Girdımançayda, Ağsu rayonu ərazisindən axan Ağsuçayda, Qobustan rayonu ərazisindən axan Pirsaatçayda sululuğun artımı davam edir. Digər çaylarda isə nisbətən azalma müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçməsi davam edir.
"Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.