Ölkə

“Qarabağda ölən adamları müqəddəs hesab etməliyik?” - Qalmaqallı AÇIQLAMA

21 İyun 2024 13:28
Baxış: 2 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həcc ziyarətinə gedən 1000-dən çox zəvvarın hava şəraiti ilə bağlı həyatını itirməsi bir sıra müzakirələrə rəvac verib. Bəzi adamlar orada dünyasını dəyişən həmin şəxslərin müqəddəs, günahsız olduğunu, bu səbəbdən Məkkədə vəfat etdiyini irəli sürürlər. Digər qisim insanlar isə əksinə, həlak olanların günahlarının çox olduğu üçün o torpaqlarda canlarını tapşırdıqlarını qeyd edirlər. Müzakirələr qarşılıqlı ittihamlarla müşahidə olunur. 

Bəs səsləndirilən fikirlərdə doğruluq payı var?

Milli.Az xəbər verir ki, ilahiyyatçı Elşad Miri "Yeni Sabah"a məsələ ilə bağlı münasibət bildirib və bu fikirləri əsassız adlandırıb:

"Bir insanın harada ölməsi onun nəyisə dəyişməsi, yaxud mötəbərliyinə, möhtərəmliyinə, şəhidliyinə əsas vermir. Çünki peyğəmbərə zülm verən Əbu Cəhl, Əbu Ləhəb kimi şəxslər də Məkkədə ölüb. Yaxud orada yaxşı insanlar da qətlə yetirilib. Bu isə heç nəyi dəyişmir. İllərdir işğal altında olan, azad edilməsi üçün neçə igidin canından keçdiyi Qarabağ torpaqlarına səyahət edən, ora gedəndə ölən adamları dəyərli, müqəddəs hesab etməliyik? Ona görə də bu deyilənlərin heç biri doğru bir yanaşma deyil". 

E.Miri qeyd edib ki, həmin şəxslərin ölüm səbəbi müxtəlifdir: 

"Burada insanların dünyasını dəyişməsinə yaş faktoru, xəstəlik amili, iqlimlə bağlı narahatlıqlar əsas gətirilə bilər. Sadalanan məqamlarla bağlı ölüm halları yaşana bilər. Allah rəhmət eləsin, günahlarından keçsin. Vəssalam. Çünki orada dəfn edilən şəxslər sonradan həmin ərazidən çıxarılaraq şəhərkənarı yerdə dəfn olunur. Bununla da məsələ bitmiş olur". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.