Ölkə

İtaliya səfirindən vizaların verilməsində gecikmələrlə bağlı AÇIQLAMA

19 İyun 2024 18:23
Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İtaliya səfirliyi vizaların verilməsində gecikmələrin olmasından xəbərdardır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko jurnalistlərin sualını şərh edərkən deyib.

"Biz bu məsələdən xəbərdarıq və bunun üzərində həm Romada, həm də burada bərabər şəkildə işləyirik. Ən yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini öyrənirik", - diplomat jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza almaq üçün müraciətlərin sayının artması sevindiricidir, çünki bu, ölkəyə artan marağın göstəricisidir.

"Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə deyil, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik", - səfir bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.