Ölkə

Metronun bu stansiyasına hərəkət cədvəli yeniləndi

19 İyun 2024 12:23
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.

Milli.Az "Bakı Metropoliteni" QSC-yə istinadən verir ki, bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.

Cədvəl "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib. Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.