Ölkə

Sərxan Kamallının ölüm səbəbi açıqlandı - YENİLƏNİB

17 İyun 2024 10:24
Baxış: 1 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist Sərxan Kamallının ölüm səbəbi açıqlanıb.

Milli.Az bildirir ki, Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı iyunun 16-sı saat 6:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

"Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-si saat 7:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib", - məlumatda bildirilir.

--------

Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.