Ölkə

Şirin Tire haqda həbs qərarı ləğv edildi - Sərbəst buraxıldı

15 İyun 2024 17:31
Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-ci ildə sərhədi qanunsuz keçərək Almaniyaya gedən jurnalist Şirin Abbasov (Tire) ötən gün Azərbaycana qayıdıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, barəsində cinayət işi başlanılaraq həbsli axtarışa verilmiş jurnalist bu gün məhkəməyə çıxarılıb.

Məlumat üçün deyək ki, Şirin Abbasov barəsində 9 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanılıb, həbsli axtarışa verilib.

Bu səbəbdən o, ötən gün ölkəyə qayıdan kimi hava limanında saxlanılıb.

Bu gün prokurorluq Şirin Abbasov barəsindəki həbs qətimkan tədbirinin ləğv edilərək, sərbəst buraxılması ilə bağlı məhkəməyə təqdimat verib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Jurnalist məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsindəki cinayət işi isə davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.