Ölkə

DİN hərəkətə keçdi: 17 yaşlı qız zorla ərə verilir

14 İyun 2024 23:11
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi Masallı rayonunun Xallıca kəndində 17 yaşlı qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a bildirilib ki, məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Qeyd edək ki, Masallıda toy günü 17 yaşlı qızın evdən qaçması ilə bağlı mediada məlumat yayılmışdı.

Onu zorla valideynləri tərəfindən 33 yaşlı kişiyə ərə vermək istədikləri deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.