Ölkə

Deputat irad bildirdi, nazir cavab verdi

14 İyun 2024 13:26
Baxış: 1 132
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Dünən Neftçala rayonunda vətəndaşlarla görüşdə olmuşam. DOST Agentliyin işi ilə bağlı müəyyən müraciətlər var. Mən çox xahiş edərdim ki, nazirlik Agentliyin işini yoxlasın".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deyib.

Deputat vurğulayıb ki, dövlətin çox böyük qayğı ilə ayırdığı vəsaitlər bəzi xırda məmurların əliəyriliyi nəticəsində ünvanlara kifayət qədər gedib çatmır:

"Mən görülən işlərin hamısına kölgə sala bilmərəm. Sosial müdafiə sahəsində çox böyük işlər görürsünüz. Amma konkret şikayətlər varsa, xahiş edirəm bu, yoxlanılsın. Köhnə kartların müəyyən adamların cibində fırlanması məsələləri görünür ki, hələ də davam edir".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputata cavab olaraq bildirib ki, məsələ mütləq araşdırılacaq:

"Sabir müəllim biz məsələni mütləq araşdıracağıq. Sadəcə məlumat üçün bildirim ki, Neftçalada DOST Agentliyi yoxdur. Böyük ehtimalla bu, haqqı ödənilən ictimai işlərlə bağlıdır. Haqqı ödənilən ictimai işlər yerli icra hakimiyyəti orqanlarına təhkim edilən işçilərlə bağlıdır. Bunun DOST Agentliyinin fəaliyyəti ilə əlaqəsi yoxdur. Bildirdiyiniz faktı araşdıracağıq, sadəcə mən bu açıqlamanı vermək istədim ki, DOST Agentliyi haqqında yanlış fikir formalaşmasın".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.