Ölkə

Bakıda liftin qırılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI - VİDEO

14 İyun 2024 11:35
Baxış: 5 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:35

Bakıda metronun "Həsi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksində liftin qırılması nəticəsində xəsarət alanlardan yeddi nəfəri Sabunçu Tibb Mərkəzinə, bir nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Milli.Az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Qeyd edilib ki, 13.06.2024-cü il tarixində saat 22:00-da Xətai rayonunda yaşayış binasında lift qırılması səbəbilə xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. "Sabunçu Tibb Mərkəzinə yerləşdirilən, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin edilən 7 nəfərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər öz istəkləri ilə ambulator müalicə üçün evə buraxılıblar. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxsə isə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Vətəndaş əlavə müayinələr üçün digər tibb müəssisəsinə hospitalizasiya olunub.

----------------
13.06.2024

Bakıda Xudu Məmmədov küçəsində yerləşən "Şərur MTK" yaşayış kompleksində liftdə qəza baş verib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sakinlər məlumat verib.

Bildirilib ki, lift qırılarkən içərisində 10 nəfər olub.

Xəsarət alanlar var.

Hadisə yerinə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.