Ölkə

İlham Əliyevin sözlərinə İrəvandan reaksiya: Nəyi gözləyirlər?

7 İyun 2024 21:36
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə "Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin" çağırışına bir gün sonra Ermənistan parlamentinin sədri Alen Simonyandan cavab gəldi. Baş nazir Nikol Paşinyanın faktiki sözçüsü rolunda çıxış edən Alen Simonyan deyib ki, ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ATƏT-ə müraciət üçün sülh sazişinin imzalanmasını gözləməyə heç bir ehtiyac yoxdur:

"Ermənistan Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda bir ay ərzində Azərbaycanla sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib. Bunu sürətləndirməyin yolu Ermənistan Konstitusiyasında zəruri dəyişiklik etmək və Minsk Qrupundan imtinanı bəyan etməkdir. Yeni Konstitusiyanın qəbulu zaman alacaq, Ermənistan hökuməti bu zamanı gözləmədən ən azı ərazi iddialarını əks etdirən bəndlərin çıxarılmasıyla bağlı referenduma qərar verə bilər. Minsk Qrupundan imtinanı isə sadə bəyanatla həll etmək mümkündür".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.