Ölkə

“Merik” və “Ağbulaq” SES-lərin yayın sonunadək istismara verilməsi planlaşdırılır - Məsim Məmmədov

1 İyun 2024 16:04
Baxış: 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ilin yayın sonunadək "Merik" və "Ağbulaq" su elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

"2024-cü ilin yayın sonunadək aşağıdakı su elektrik stansiyalarının (SES) - Ağbulaq və "Merik" kiçik su elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılır. "Ağbulağ"ı Laçındakı su elektrik stansiyaları arasında ən güclüsü adlandırmaq olar. "Ağbulaq-1" və "Ağbulaq-2"nin gücü müvafiq olaraq 14,2 meqavatt və 14,8 meqavatdır. "Merik" kiçik su elektrik stansiyasının gücü isə öz növbəsində 3,5 meqavatdır. Bu, yerli çaylar üçün yaxşı göstəricidir. Gələcəkdə biz başqa yaşayış məntəqələrində də yeni elektrik stansiyaları tikməyi planlaşdırırıq. Planlaşdırdığımız SES-lərdən 4-ü Laçında, biri Kəlbəcərdədir. Kəlbəcərdə tikiləcək SES Tərtər çayı üzərində - Çaykənd və Qamışlıda olacaq".

Qeyd edək ki, iyunun 1-də Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub.

Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında beş kiçik su elektrik stansiyasının istismarı layihəsi çərçivəsində "Malıbəy" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.