Ölkə

Uzun illər bu günü yaşamaq arzusunda olmuşuq – Laçın sakini

31 May 2024 08:55
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox qürurlu və sevincliyəm ki, doğma yurduma geri dönürəm. Uzun illər bu günü yaşamaq arzusunda olmuşuq və bir gün geri dönəcəyimizə inanırdıq. Bizim üçün dövlətimiz orada çox gözəl şərait qurub.

Bunu Trend-ə Laçına geri dönən sakin Gülnarə Mirzəyeva deyib.

O qeyd edib ki, Laçın bərpa olunur, orada insanların yaşaması üçün hər cür şərait yaradılıb. "İndi çox böyük sevinclə doğma yurdumuza geri qayıdırıq, orada gözəl günlər yaşayacağıq. Şükür olsun ki, bu gün bizə qismət oldu. Allah Prezidentimiz İlham Əliyevin canın sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin", - deyə o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.