Ölkə

Azərbaycanda turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlə başladı

23 May 2024 16:18
Baxış: 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Turizm Agentliyi turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlərə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova COP29 müddətində xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatına həsr olunmuş mətbuat konfransında çıxışında deyib.

"COP29-un yüksək texniki təşkilini təmin etmək məqsədilə Dövlət Turizm Agentliyi turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlərə başlayıb. Bakı və Sumqayıt şəhərlərində 300-dən çox yerləşdirmə obyekti yoxlanılıb, onlardan təqribən 200-ü ulduz reytinqi alıb. Ulduz reytinqinə uyğun olmayan 40-a yaxın hotelə çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilib. Hazırda digər bölgələrdəki hotellərin qiymətləndirilməsi planlaşdırılır", - o deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.