Ölkə

Zərdabda "Mercedes" aşdı, sürücü öldü

7 May 2024 23:05
Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zərdab-Mollakənd yolunun Şəftəhal kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Benz" markalı avtomobil qarşısına çıxan iri buynuzlu heyvanı vurub.

Zərbənin təsirindən idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarına aşıb.

Nəticədə sürücü, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Xəyal Paşayev ölüb.

Fakt araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.