Ölkə

Azərbaycanın iqlim dəyişikliyi üzrə İki-illik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək məqsədilə təlim keçirilib - FOTO

7 May 2024 20:03
Baxış: 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın COP29 sədrliyi çərçivəsində 6-7 may 2024-cü il tarixlərində Bakı şəhərində BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ekspertləri tərəfindən Paris sazişinə uyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olan İki-illik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasına dəstək məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə təlim keçirilmişdir. 

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 Baş danışıqçısı Yalçın Rəfiyev tədbirin açılış mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədən Azərbaycanın BTR-ları təqdim etməsinin COP29 sədrliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Bununla əlaqədar o, ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda Azərbaycanın BTR-nın hazırlanmasına töhfə verməyə çağırmışdır. 

İki günlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-in əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar, eləcə də BTR-ların hazırlanması prosesində yeni elektron proqram təminatından istifadə ilə bağlı iştirakçılara məlumat vermişlər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.