Ölkə

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

6 May 2024 15:43
Baxış: 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşünün gündəliyi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşün əsas mövzusunu iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması təşkil edəcək.

Bundan başqa, iki ölkə arasında öhdəliklərin yazılı təsdiq olunacağı, eləcə də, regionda nəqliyyat infrastrukturunun və ticarət marşrutlarının açılmasının müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılıq əldə olunub.

Bu razılıq sülhə doğru önəmli addım olmaqla yanaşı, mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşü ilə bağlı gözləntiləri artırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.