Ölkə

Bu gün bu ərazilərdə işıq olmayacaq

6 May 2024 10:43
Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərişıq" ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində bir sıra hava xətləri təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Milli.Az "Azərişığ"a istinadən verdiyi məlumata görə, bununla əlaqədar bu gün saat 10:00-dan 15:00 kimi Yardımlıda Bilnə və Astanlı kəndlərində, saat 10:00-dan 12:30-dək Biləsuvar rayonunun bir hissəsində, saat 10:00-dan 12:00 kimi və 12:30-dan 15:00-dək Lənkəran şəhərinin bir hissəsində, Rvo, Şovu, Vel, Siyavar, Şağlaser, Cil, Xarxatan kəndlərində, saat 10:00-dan 13:00-dək Lerikin Siyov, Biləvər, Lərmərud kəndlərində enerji verilişində fasilə yaranacaq.

Bundan başqa, bu gün saat 10:00-dan saat 12:00-dək Cəlilabadın Cəngan, Lallar, Edişə, Soltankənd, Tahirli kəndlərində, saat 12:30-dan saat 15:00-dək Masallı Böyük Xocavar, Banbaşı, Qızılağac, Viləş, Öncəqala, Bədəlan, Hişkədərə kəndlərində də enerji verilişində fasilə yaranacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.