Ölkə

Bu şadlıq evi 2 milyona satıldı: sökülür - FOTO

6 May 2024 10:17
Baxış: 1 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir.

Milli.Az bildirir ki, sakinlərin Axar.az-a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Şadlıq evinin söküləcəyi bildirilir.

Qeyd edək ki, "Şəms" şadlıq evinin bir müddət öncə 2 milyon manata satıldığı haqda məlumat yayılmışdı. Satılmazdan öncə "Mərasim evi"nə çevrilən keçmiş şadlıq evi fəaliyyətini dayandırmış və müəyyən daxili söküntü işləri aparılmışdı. "Mərasim evi" isə yaxınlıqdakı binanın zirzəmisində fəaliyyətini davam etdirirdi.

"Şəms" şadlıq-mərasim evinin sökülərək yerində yaşayış binası tikiləcəyi ehtimal edilir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.