Ölkə

“Bakı marafonu 2024” keçirilib - YENİLƏNİB - FOTO

5 May 2024 18:14
Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:14

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu 2024" keçirilib.

Milli.Az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.

Budəfəki marafonda qadınlar arasında ukraynalı iştirakçı Nataliya Semenoviç birinci olub. Xatırladaq ki, Nataliya Semenoviç "Bakı marafonu-2023"ün də qalibi idi.

Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.

İlk üç yerin sahiblərinə müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim edilib.

Artıq 7-ci dəfədir təşkil olunan Bakı marafonu insanları böyük coşqu ilə ətrafına toplayır.

Qeyd edək ki, 2016-cı ildən 21 kilometr məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçıların sayının artması yarışa marağın göstəricisidir. Xüsusi qayğıya ehtiyacı olan şəxslər builki marafonda da iştirak ediblər.

Yarış zonasında marafonu dəstəkləyənlər üçün isə əyləncə dolu "fan zona" - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilib.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib.

Qeyd edək ki, marafonun əhatə etdiyi marşrut boyu DJ-lər, könüllülərdən ibarət əyləncə komandaları marafonçuları qarşılayıb, xüsusi könüllü qrupları iştirakçıların marşrut boyu istiqamətləndirməsinə kömək edib. 21 kilometrlik yolda maskotlar, su, nəqliyyat və tibb məntəqələri də təşkil olunub.

"Bakı Marafonu 2024"ün eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR, Dənizkənarı Bulvar İdarəsi və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB), Azərlotereya ASC, Skechers, GAC Motors, Push30, Badamlı, Liv Bona Dea Hospital, "Carlsberg Group" un dəstəyi ilə təşkil olunub.

Marafonun əyləncə zonasının təşkilinə Xəzər Media Mərkəzi, o cümlədən, könüllü proqramının təşkilinə "ASAN Könüllüləri" dəstək göstərib.

---------
14:37

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu-2024"ün qalibləri müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutub.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.

---------
10:26


Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2024" təşkil edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları da qoşulub. Artıq 7-ci dəfədir təşkil olunan Bakı marafonu insanları böyük coşqu ilə ətrafına toplayır. Hər il olduğu kimi, bu il də Bakı marafonunun fəxri iştirakçıları olub. Ayrı-ayrı sahələrdən 200-dən çox şəxs fəxri iştirakçı kimi yarışır.

2016-cı ildən 21 km məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçılarının sayının artması da yarışa olan marağın göstəricisidir. Builki marafonda da xüsusi qayğıya ehtiyacı olan şəxslər iştirak edir.

Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl pilates, fitness, yoqa, isinmə, boks, zumba, kardio üzrə məşqlər keçirilib, yarış zonasında yarışı dəstəkləyənlər üçün isə əyləncə dolu "fan zona" - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilir.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.