Ölkə

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

4 May 2024 19:07
Baxış: 3 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdarı olduğunu bildirib.

Milli.Az xəbər verir ki, mövzunu globalinfo.az-a şərh edən deputat Fazil Mustafa məhsulların bahalaşmasının uşaqpulunun verilməsi ilə əlaqəli məsələ olmadığın deyib. Onun sözlərinə görə, bu, birbaşa inflyasiya ilə bağlıdır:

"İnflyasiyada qoruyucu mexanizm olaraq əmək haqlarının artırılmasından söhbət gedə bilər. Əsas problemlərdən biri də iş yerlərinin açılmasıdır. Bizdə iş yerləri bəzən statistik olaraq müəyyən rəqəmlərlə göstərilir. Amma burada vətəndaşların orta aylıq əmək haqqından yüksək maaş alması önəmlidir ki, onlar da tələbatlarını həyata keçirə bilsinlər. Ona görə də burada məşğulluq siyasətini daha ciddi şəkildə inkişaf etdirmək lazımdır və insanların alıcılıq qabiliyyəti yüksəlməlidir".

Deputat deyib ki, uşaqpulu ümumiləşdirilmiş termindir:

"Əslində, insanlara ayrı-ayrı formalarda müavinətlər verilir. Təbii ki, müavinətlərin kateqoriyasını genişləndirmək lazımdır. Kateqoriya genişlənəndə artıq "uşaqpulu" dediyimiz vəsait bütün sahələri əhatə edə bilər. Bu müavinətlər də ayrı-ayrı ehtiyacı olan insanlar tərəfindən alına bilir. Ona görə də belə məsələləri bir-biri ilə əlaqələndirərkən bir qədər diqqətli olmalıyıq. Çünki bilavasitə vətəndaşın inflyasiyanın basqısından qorunması üçün iki istiqamətdə tədbirlər önəmlidir: əmək haqlarının artırılması və ən başlıcası, alıcılıq qabiliyyətinin yaradılması. Burada söhbət iş yerlərinin yaradılmasından və normal maaşla təmin olunmaqdan gedir. Bu da azad sahibkarlığın inkişafına dəstək verilməsindən keçir ki, sahibkarlar dövlətin yükünü müəyyən qədər üzərlərinə götürə bilsinlər və iş yerləri açaraq iqtisadiyyatı aktiv dövriyyə sisteminə gətirsinlər".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.