Ölkə

AİB COP29 tədbirinin keçirilməsində Azərbaycanı dəstəkləyir - Noel O'Brayen

3 May 2024 11:56
Baxış: 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AİB COP29 tədbirinin keçirilməsində Azərbaycanı dəstəkləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə AİB-in İqlim Dəyişmələri və Dayanıqlı İnkişaf Departamentinin İqlim Dəyişmələri üzrə direktoru Noel O'Brayen Tbilisidə AİB-in illik toplantılarının kuluarlarında jurnalistlərə deyib.

"Azərbaycanın COP29 tədbirini keçirməsini dəstəkləyirik. Azərbaycan hökumətinə bunu dəstəklədiyimizi bildirdik və hazırda onlarla birgə AİB-in bu tədbiri keçirməkdə onlara necə birbaşa dəstək ola biləcəyini araşdırırıq. Aydındır ki, bunun bir neçə üsulu var. Biz bank olaraq danışıqlarda müşahidəçiyik və predmet məsələlərinə qarışmırıq. Lakin danışıqlar prosesində olan hökumətin potensialının artırılmasına müəyyən dəstək veririk", - o deyib.

Onun sözlərinə görə, bundan başqa, bu il konfransın prioritet vəzifəsinə çevriləcək müxtəli danışıqlar mövcuddur.

"Buraya hazırda gözlənilən 100 milyard dolları ötən ambisiya səviyyəsindən ibarət yeni kollektiv kəmiyyət hədəfləri kimi məsələlər daxildir. Bunun prosesin bir hissəsi olacağını gözləyirik. Həmçinin, qlobal sazişlərin adaptasiya və bir sıra digər aspektlərinə nə qədər maliyyə ayrılacağına dair sualımız var.

Beləliklə, Azərbaycan hökumətinin tələbi ilə bu nöqteyi-nəzərdən qarşılıqlı fəaliyyəti dəstəkləyəcəyik. Həmçinin, onlarla açıq şəkildə ölkənin hansı investisiyalar yatırmaq istədiyini müzakirə edirik. Bu, sahə üzrə komandalarımızın və Mərkəzi Qərb regionu üzrə regional komandamızın iştirak etdiyi fəaliyyət sahəsidir", - o son olaraq deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.