Ölkə

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO

30 Aprel 2024 23:33
Baxış: 7 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist kimi fəaliyyət göstərib. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi "Qubanın ağ alması", "Gəlmə gəlmə" kimi mahnılarıyla məşhur olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.