Ölkə

Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib - FOTOlar

30 Aprel 2024 07:50
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar. Baş İdarə əməkdaşları tərəfindən qanunsuz küçə ticarəti ilə məşğul olan və qanunsuz reklam lövhələri yerləşdirən şəxslər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa monitorinq zamanı şəhər ərazisində fəaliyyət göstərən bir neçə avtoyuma məntəqəsində çirkab suların yola axıdılması və bir neçə mağazanın yanında məişət tullantılarının qalaqlanması nəticəsində antisanitar vəziyyətin hökm sürməsi məlum olub.

Həmin obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrinə qanuna müvafiq tədbir görülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.