Ölkə

Ukraynada yaralanan azərbaycanlı vəkilin vəziyyəti açıqlandı - YENİLƏNİB

30 Aprel 2024 15:25
Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat zonasında yaralanıb.

Milli.Az bildirir ki, "Qafqazinfo"nun məlumatına görə, Paşayev TASS-a açıqlamasında hazırda xəstəxanada olduğunu bildirib və səhhəti ilə bağlı məlumat verib:

"Uqledar şəhərində tərkibində olduğum bölməyə Ukrayna Silahlı Qüvvələrinin zərbə endirməsi nəticəsində yaralanmışam. Hazırda xəstəxanadayam. Danışmaqda çətinlik çəkirəm, həkimlər yardım göstərir".

İlkin məlumata görə, hüquqşünas pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində yaralanıb. Bildirilir ki, hazırda onun həyatı üçün təhlükə olmasa da, ağır yaralanıb.

-------

07:35

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Maksim Şevçenko məlumat yayıb.

O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralanıb.

"Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edir. Elman Paşayevin təxliyyəsində köməklik göstərilməsi üçün hər kəsdən böyük xahişim var", - deyə Şevçenko açıqlayıb.

Qeyd edək ki, Elman Paşayev Rusiyada uzun müddət vəkil kimi fəaliyyət göstərib.

Tanınmış rusiyalı aktyor Mixail Yefremovun ölümlə nəticələnən avtomobil qəzasından sonra azərbaycanlı vəkil onu məhkəmədə müdafiə edib. Lakin Paşayev məhkəməni uduzub. Daha sonra RF Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusuna xitam verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.