Ölkə

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

29 Aprel 2024 22:22
Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə Azərbaycanın əlavə həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə diplomat X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Səfir bildirib ki, görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisindən nəqli və tranziti məsələləri diqqət mərkəzində olub:

"SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib", - paylaşımda qeyd olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.