Ölkə

Sürücülərin diqqətinə: Bu halda sizə cərimə yazıla bilməz - YENİLƏNİB - VİDEO

29 Aprel 2024 14:30
Baxış: 3 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:30

Sürücünün yolda piyadaya yol verərkən, başqası ona güzəşt etdiyi halda "təşəkkür" bildirərkən və s. belə hallarda qəza dayanma işıqlarını yandırmasına görə cərimə yazıla bilərmi?

Buna görə sürücüyə cərimə yazıla bilməz. Qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə heç bir cərimə yazmaq olmaz. Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır, çünki buna ehtiyac olmasa da, problem də deyil.

Milli.Az xəbər verir ki, bu barədə ekspert Ərşad Hüseynov öz sosial şəbəkə hesbında yazıb.

Unutmaq olmaz ki, qaydalardan kənara çıxan hər xırda və əhəmiyyətsiz hərəkətə görə cərimə yazılmır və yazıla bilməz. Cərimə yalnız İXM-də göstərilən, özü də təhlükəli olması, yaxud başqalarına mane yaratması aşkar olan qayda pozuntularına görə nəzərdə tutulur və yalnız belə hallarda yazıla bilər.

--------
09:33


Avtomobillərin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülər cərimələnə bilərlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücülərin əksəriyyəti bu işıq siqnallarını qəza halından başqa məqsədlər üçün də istifadə edirlər.

Kimisi piyada keçidində yol verən zaman, kimisi sərnişin düşürərkən və sairə.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, sürücülərin bu işıqları lazım olmadığı təqdirdə istifadə etmələri yolverilməzdir:

"Adından da göründüyü kimi, qəza dayanma işıq siqnalı, yalnız avtomobil qəzalı və nasaz vəziyyətdə olduğu halda yandırılmalıdır. Keçidlərdə dayanıb piyadaya yol vermək məcburi dayanma halı hesab olunmur".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.