Ölkə

COP29 iqlim problemləri haqqında məlumatlılığın artırılmasına kömək edəcək - Elçin Əmirbəyov

28 Aprel 2024 21:43
Baxış: 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP29-a ev sahibliyi etmək böyük məsuliyyətdir, və eyni zamanda ölkə daxilində iqlim haqqında məlumatlılığın artırılmasına kömək edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Braziliyanın "Correio Braziliense" qəzetinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Bütün dünyanın üzləşdiyi ən böyük problemlərdən biri olan iqlim dəyişikliyi və bütün ölkələrin üzləşdiyi bütün fəsadlardan söhbət gedəndə, COP29 ən mühüm hadisə sayılır. Ölkəmiz iqtisadiyyatı təbii qaz və neft kəşfiyyatına əsaslanan karbohidrogen ölkəsi kimi tanındığından biz artıq bir neçə ildir ki, hökumətimizin strateji məqsədlərindən biri olan yaşıl və bərpa olunan enerjiyə keçidi təmin etməli olduğumuzu anlayırdıq", - deyə o bildirib.

E.Əmirbəyov həmçinin qeyd edib ki, Azərbaycan Braziliya ilə ticarət əlaqələrini gücləndirməyə çalışır:

"Braziliya, məsələn, iqtisadiyyatımız üçün çox vacib olan gübrə sahəsində Azərbaycandan idxalı artıra bilər. Çoxlu təyyarə aldığımız üçün aviasiya sənayesində də çox yaxşı əlaqələrimiz var. Biz həm də turistlərin sayının artmasını istəyirik, çünki ölkənizi təmsil etməyin ən yaxşı yolu birbaşa uçuşların olmasıdır və dayanacaqları mümkün qədər qısaltmaq üçün məhz bunun üzərində işləməli idik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.