Ölkə

Daha bir prospektdə velosiped yolu salınır

23 Aprel 2024 16:44
Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 Noyabr prospektində hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla velosiped zolaqları salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, işlər prospektin Yusif Səfərov küçəsinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılır.

Ümumilikdə isə prospekt boyunca 10 kilometrədək velosiped yollarının salınması nəzərdə tutulur. Sözügedən velosiped yolları "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır.

Bundan başqa, prospekt boyunca mövcud piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür.

İşlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.