Ölkə

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

20 Aprel 2024 12:33
Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib ki, bu günədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib.

Milli.Az bildirir ki, açıqlama illərlə müzakirə olunan palma yağının təhlükəli olması barədə mövzunu yenidən aktuallaşdırıb.

ARB telekanalının efirində müzakirə olunan məsələyə münasibət bildirən qida mütəxəssisi Ağa Salmanov deyib ki, palma yağının ölkəyə gətirilməsi qadağan olunmalıdır.

Onun fikrincə, palma bitkisindən hazırlanan yağ ən ucuz və orqanizm üçün təhlükəli məhsuldur.

"Avropa Qida Təhlükəsizliyi Agentliyi də palma yağının orqanizm üçün zərərli olduğunu təsdiq edib. Bu yağ texniki emal zamanı hidrogenlə doydurulur və nəticədə transyağa çevrilir. Buna görə də insan orqanizmində müəyyən şişlərin, xəstəliklərin meydana gəlməsinə səbəb olur".

Mütəxəssis qeyd edib ki, transyağlar təkcə palmadan deyil, günəbaxan və qarğıdalıdan da əldə olunur.

Ətraflı videosüjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.