Ölkə

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

19 Aprel 2024 22:39
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.

Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət olunub.

Dispetçer mərkəzi müvafiq ehtiyat tədbirləri görərək, "Gənclik-Nərimanov" mənzili ilə hərəkət edən qatarın maşinistinə vəziyyətlə əlaqədar müvafiq təlimatı verib.

Sərnişin stansiya yolundan çıxarılıb. Sərnişinə ilkin yardım göstərilib, zədə aldığı məlum olub. Təcili yardım personalı ilkin tibbi xidməti göstərdikdən sonra sərnişini aidiyyəti üzrə tibb müəssisəsinə aparıb.

Qatarlararası interval pozuntusuna yol verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.