Ölkə

Bakı milyonçusunun evi bu qiymətə satılır

19 Aprel 2024 14:44
Baxış: 2 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub.

Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliyev yaşayıb.

Bir neçə ay əvvəl həmin mənzildə Yalçın Əliyevin cəsədi aşkarlanıb. O evdə tək yaşadığından onun ölümündən uzun müddət sonra xəbər tutulub.

Mərhumun cəsədi 7 ay sonra dövlət strukturları tərəfindən aşkarlanaraq dəfn edilib. Hazırda həmin satışa çıxarılıb. Əmlak saytlarından birində satılan 200 kvadrtametr sahəsi olan mənzil 1 milyon 200 min AZN-ə təklif edilir.

Real alıcıya isə endirim ediləcəyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.