Ölkə

Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO

19 Aprel 2024 15:00
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücü Aqil İsrafilov iddia edib ki, idarə etdiyi şokolad yüklü TIR fevralın dördündə Batumi şəhərində qəzaya uğrayıb.

Nəticədə qəzalı vəziyyətdə olan körpü uçub, sürücünün idarə etdiyi avtomobil isə aşıb. Bundan sonra hadisə yerinə gələn polis sürücüyə 61 min lari, yəni 38 min manat cərimə yazıb.

Zərərçəkmiş sürücü bildirib ki, Türkiyədən götürdüyü şokoladı Rusiyaya aparırmış və Gürcüstandan tranzit olaraq keçirmiş. Sürücü iddia edir ki, qəzadan sonra onun başı qarışıq olduğu üçün yükün yarısı da oğurlanıb.  

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, yol-nəqliyyat hadisəsi keçirən sürücü bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etsin.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.