Ölkə

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər

18 Aprel 2024 12:44
Baxış: 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.

Ssenariyə uyğun olaraq Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.

Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.