Ölkə

Altı müəssisədə gigiyena tələblərinin pozulması aşkarlandı - AQTA sədri

18 Aprel 2024 10:46
Baxış: 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qiymətləndirmə nəticələrinə görə, 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb. Hazırda 24 ölkədə fəaliyyət göstərən 349 qida obyekti qiymətləndirilərək təsdiq olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda ictimai dinləmədə deyib.

AQTA sədri bildirib ki, bunlardan 246 müəssisədə video inspeksiya, 103 müəssisədə isə yerində qiymətləndirilmə keçirilib:

"10 ölkədə yerində qiymətləndirilmə həyata keçirilib Rusiya (30), Belarus (30), Türkiyə (20), İran (5), Almaniya (5), Hindistan (4), Gürcüstan (3), Ukrayna (3), Polşa (2), Latviya (1). Aparılan qiymətləndirmə nəticələrinə əsasən 6 müəssisədə gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün həmin müəssisələrin təsdiqindən Agentliyin müvafiq qərarı ilə imtina edilib".

Qida obyektlərinin təsdiqi sistemi üzrə ekvivalentliyi tanınmış ölkələrə gəlincə, Q.Təhməzli qeyd edib ki, agentlik Kollegiyası Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının qida obyektləri üzrə təsdiq sisteminin, Türkiyənin isə müəyyən məhsul qrupları üzrə ekvivalentliyinin qismən tanınması ilə bağlı müvafiq qərar qəbul edib:

"Digər ölkələrlə də qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliyinin tanınması ilə bağlı müvafiq işlər həyata keçirilir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.