Ölkə

Bakıda polisdən qaçan “Porsche”dən təhlükəli manevrlər - ANBAAN VİDEO - FOTO - YENİLƏNİB

17 Aprel 2024 19:19
Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:19

Yol polisinə tabe olmayan sürücü barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Milli.Az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib.

O qeyd edib ki, "Porsche" markalı, 77-AN-705 nəqliyyat vasitəsi saxlanılıb və mühafizə olunan duracağa yerləşdirilib.

---------

18:51


Bakıda sürücü yol polisinə tabe olmayıb.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, "Porsche Cayenne" markalı avtomobilə "saxla" əmri verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarına tabe olmayıb. 

O, avtomobili səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.