Ölkə

Hadı Rəcəblinin oğlu: “Atamın heç bir xəstəliyi yox idi, ölümü çox...”

17 Aprel 2024 09:54
Baxış: 2 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu".

Bunu Bizim.Media-ya mərhum deputat Hadı Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.

O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub:

"Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik".

Qeyd edək ki, sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib. O, bu gün 76 yaşında dünyasını dəyişib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.