Ölkə

Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR

16 Aprel 2024 18:01
Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni evlənmiş gənclər ipoteka krediti istəmirsə, mənzilə necə sahib olmalıdır?

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış binalarında satışa çıxarılan mənzillər qiymət baxımından digərləri ilə müqayisədə xeyli sərfəlidir.

Nazirlik tərəfindən Abşeron rayonunda, o cümlədən, Ramana, Ümid və Kürdəxanı qəsəbələrində satışa çıxarılan mənzillərin qiymətlərini təqdim edirik:

Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən yaşayış kompleksində ümumi sahəsi 83,5 kvadratmetr olan 3 otaqlı tam təmirli mənzil alıcılara 58,450 manata təklif olunur.

Suraxanı rayonu, Ramana qəsəbəsində satışa çıxarılan 100 kvadratmetr sahəli 4 otaqlı mənzil isə 85,595 manata satışa çıxarılıb.

Abşeron rayonunda təklif olunan 3 otaqlı 69,2 kvadratmetr sahəyə malik tam təmirli mənzilin qiyməti isə 53,976 manatdır.

Qeyd edək ki, bu mənzillər vaxtilə məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. 44 günlük Vətən müharibəsindən sonra sözügedən binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və satışa çıxarılıb.

Mənzilləri ipoteka krediti ilə də əldə etmək mümkündür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.