Ölkə

QMİ Həcc kvotasının azaldılmasının səbəbini açıqladı - YENİLƏNİB

16 Aprel 2024 14:03
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:03

Qafqaz Müsəlmanları İdarəsi bu üçün Həcc ziyarətinin kvotasının azalmasının səbəbini açıqlayıb.

QMİ-dən Milli.Az-a verilən məlumata görə, kvotanın azaldılmasına səbəblərdən biri bəzi işbaz şirkətlər və yaxud fərdlərin insanları aldatması olub.

"Belə ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb.

Bəzi işbaz şirkətlər və yaxud fərdlər bu elektron viza ilə insanları aldadaraq onları daha ucuz qiymətə Həcc ziyarətinə aparacaqlarına vəd veriblər. Hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanına çevrilib.

İkinci səbəb odur ki, Həcc Nazirliyi prosedurların erkən bitirilməsini tələb edir, bu il hərilki kimi deyil, ötən illərdən fərqli olaraq, bu il elektron sistemdə sənədləşmə və viza işlər 1 ay tez bitməlidir.

Nazirliyin təyin etdiyi vaxta əsasən bütün prosedurlar, o cümlədən, vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır", - qurumdan bildirilib.

Qeyd edək ki, bu il üçün Həcc kvotası 1500 təyin edilib, lakin ilkin kvota 2 mindən bir qədər çox idi.

---------

13:35


Azərbaycandan Həcc ziyarəti üçün kvota bəlli olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O bildirib ki, kvota 1500 təyin edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.