Ölkə

“Sədərək Yusif”in oğlu hakim qarşısında

16 Aprel 2024 11:12
Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəyli torpaq mübahisələri ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə şikayət edib.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesinə hakim Aytən Oruczadə sədrlik edəcək.

Xatırladaq ki, Orxan Qədimbəyli öz evində xadimə işləyən qadını həbs etdirməklə gündəmə gəlmişdi. Belə ki, Ruzan Cabbarova 2022-ci ildə Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan İçərişəhərdəki evindən 803 min 118 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.