Ölkə

Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

15 Aprel 2024 11:40
Baxış: 1 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşhur rejissor və yazıçı Mesut Kara 63 yaşında vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 2008-ci ildə qan laxtalanması nəticəsində qismən iflic olan və zaman-zaman artan sağlamlıq problemləri ilə mübarizə aparan Kara, keçən il infarkt keçirərək reanimasiyaya yerləşdirilib. Uzun sürən müalicələrə baxmayaraq, yazıçı ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1961-ci ildə İstanbulda anadan olan Mesut Kara 15 ildən çox kino yazıçısı olub. Reklam sahəsində bədii rəhbər vəzifəsində çalışıb və televiziya üçün kino proqramları hazırlayıb.

Mətn müəllifi və rejissoru olduğu "Erkan Yücel" sənədli filmindən əlavə, onun "Sənətçi Kahvesi", "Yeşilçamda unudulmaz simalar", "Pendikli illəri və kino xatirələri", "Sinema və 12 sentyabr" adlı 5 əsəri işıq üzü görüb.

Bir çox jurnallarda yazıçı və redaktor işləyən Kara, "Show TV"də yayımlanan "CineShow" kino proqramında məsləhətçi kimi çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.