Ölkə

Orxan Zeynalov nazir müavini təyin olundu

8 Aprel 2024 18:23
Baxış: 2 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Namiq oğlu Zeynalov energetika nazirinin müavini təyin edilib.

Milli.Az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, onu kollektivə nazir Pərviz Şahbazov təqdim edib.

Nazirliyin aparatı və tabeli qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən nazir Energetika Nazirliyinin qarşısında duran vəzifələri diqqətə çatdırıb, bu işdə yeni təyin olunmuş nazir müavininə və kollektivə uğurlar arzulayıb.

O.Zeynalov 2002 və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.