Azərbaycanda COP29 çərçivəsində unikal fürsətlər olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda COP29-da "yaşıl" enerji üzrə mümkün sazişlər daha geniş bazarlara çıxış imkanı yarada bilər.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Rumıniyanın "SMARTLINK COMMUNICATIONS" konsaltinq şirkətinin baş direktoru, qlobal analitik, konsultant və tədqiqatçı Radu Maqdin deyib.
Onun fikrincə, bu il Azərbaycanda COP29 çərçivəsində çoxlu imkanlar olacaq, belə ki, ölkə regionda və onun hüdudlarından kənarda iqlim hədəflərinə nail olmaq üçün digər dövlətlərlə birgə çalışmaqla əməkdaşlığa imkan yaradacaq və unikal məsələlərin həllinə yardım edəcək.
"İlk növbədə Azərbaycanın enerji mərkəzi olaraq strateji yerləşməsi xarici maraqlı tərəflərə qazıntı yanacağından bərpa olunan enerji mənbələrinə keçidlə əlaqədar müzakirələrdə iştirak etmək imkanı verir. COP29 zamanı gözlənilən "yaşıl" enerji üzrə sazişlər iqtisadi imkanları təmin edə və daha geniş bazarlara çıxış imkanı verə bilər", - R.Maqdin deyib.
Bundan başqa, ekspertin sözlərinə görə, maraqlı tərəflər COP29 tədbirindən yararlanaraq, iqlim tədbirlərinə və dayanıqlı inkişafa sadiqliklərini nümayiş etdirə bilərlər.
"COP29-un Azərbaycanda keçirilməsi xüsusən ölkənin Avropa İttifaqı (Aİ) üçün alternativ qaz tədarükçüsü rolunu nəzərə aldıqda Avropa cəmiyyəti ilə daha sıx əməkdaşlığına imkan yaradacaq. Beləliklə, Azərbaycanın iqlim tədbirlərinin müzakirəsində iştirakı Avropa ilə iqtisadi əlaqələrini daha da yaxşılaşdıra bilər", - deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı açıqlama
-
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir
-
İrem Dericinin nişanlısı tutuldu
-
Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı
-
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
-
Qırğızıstanda folqa fabrikində yanğın baş verib
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Yaponiyanın ən yaşlı sakini vəfat edib
-
Hövsanda su kəsiləcək
-
Paytaxtda sürücülərə xəbərdarlıq: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
-
Bişkekdə Prezident İlham Əliyevin Məsud Pezeşkianla görüşü olub - (Foto)
-
Tramp: ABŞ İranın hücumlarına cavab verəcək
-
“Borussiya Dortmund”dan “Sabah”la bağlı paylaşım – (Foto)
-
Ruzbeh Gülümov vəzifəsindən ayrılıb
-
Ərdoğan da Bişkekdədir
-
Təlim zamanı ayı xidmətçiyə hücum etdi – (Video)
-
Putin və Si Cinpin görüşdü
-
Bakıda restoranda iki qardaşı bıçaqlayan şəxsə hökm oxundu
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
-
Nepalda ölənlərin sayı 919-a çatdı
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
-
Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)





