Ölkə

Hacı Şahin Həsənlinin yutubdakı videolarını silənlərin məqsədi nədir? - VİDEO

7 Aprel 2024 09:51
Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum ilahiyyatçı Şahin Həsənlinin "YouTube" səhifəsi hakerlər tərəfindən ələ keçirilib.

Bu barədə mərhumun adına olan "Facebook" səhifəsində məlumat paylaşılıb.

Milli.Az xəbər verir ki, tanınmış texnobloqer Fərid Pərdəşünas "Xəzər Xəbər"ə bildirib ki, son vaxtlar ölkədə xaricdən gələn hücumlar nəticəsində "YouTube" kanallarının oğurlanması tez-tez müşahidə olunur.

Onun sözlərinə görə, bu, xüsusi kiberdələduzluq metodlarından istifadə edilməklə həyata keçirilir.

Texnobloqer "YouTube" səhifələrinin hansı məqsədlər üçün oğurlandığını da açıqlayıb.

İlahiyyatçı Ağa Hacıbəyli də mərhum Şahin Həsənlinin "YouTube" kanalının oğurlanmasına münasibət bildirib. O deyib ki, hər gün onlarla insanın faydalandığı kanaldan videoların silinməsi yolverilməzdir.

Qeyd edək ki Şahin Həsənliyə məxsus "YouTube" kanalının və oradan silinən videoların geri qaytarılması üçün tədbirlər görülür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.